Türkiyə və Azərbaycanla münasibət qurmalıyıq - Paşinyan

21:47 - 15 May 2023

Türkiyə və Azərbaycanla münasibət qurmalıyıq - Paşinyan

Bütün qonşularla normal münasibətlərin qurulması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir.

 

Manset.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib.

Baş nazir bildirib ki, qonşularla münasibətlərin olması ölkənin xarici siyasətinin əsas məqsədidir, lakin müəyyən psixoloji və praktiki problemlər var.

"İrəvanın Gürcüstan və İranla yaxşı münasibətləri var, onları inkişaf etdirmək, təkmilləşdirmək lazımdır. Amma Türkiyə və Azərbaycanla təmaslar demək olar ki, yoxdur və bunu dəyişdirmək lazımdır", - deyə Paşinyan qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az