Azərbaycanda yaşayan erməni sakinlərin də hüquq və təhlükəsizliyi ölkəmizin qanunvericiliyi çərçivəsində təmin olunacaq.
Manset.az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Ittifaqının Ermənistandakı səfiri Andrea Viktorin tərəfindən səsləndirilmiş fikirlərə dair suala cavabında deyib.
"Bu məsələdə ölkəmizin mövqeyi hər kəsə məlumdur. Avropa İttifaqı səfirinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi olan bu fikirləri qəbuledilməzdir.
Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, erməni sakinlərin də hüquq və təhlükəsizliyi ölkəmizin qanunvericiliyi çərçivəsində təmin olunacaq.
Azərbaycan tərəfinin erməni sakinlərlə qeyd edilən istiqamətdə dialoq səylərinə maneçilik törədilməməli, ərazi bütövlüyü və suverenlimizə qarşı olan qərəzli fikirlərə son qoyulmalıdır".