Moskvada üçtərəfli görüş keçirilə bilər

14:00 - 16 May 2023

Moskvada üçtərəfli görüş keçirilə bilər

“İrəvanda istisna etmirlər ki, Ermənistan və Rusiya XİN başçıları – Ararat Mirzoyan və Sergey Lavrovun görüşü mayın 19-da Moskvada keçirilə bilər”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan XİN başçısının müavini Paruyr Ovannisyan bildirib.

Onun sözlərinə görə, görüş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti danışıqlar raundu çərçivəsində keçirilə bilər.

“Mayın 19-dakı görüş dəqiqləşdirilib, lakin hələlik məlum deyil ki, XİN başçıları üçtərəfli formatda və ya ayrıca görüşəcəklər”, - Ovannisyan deyib.

Xatırladaq ki, mayın 19-da Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Аrаrаt Mirzoyanın Moskvada görüşü olacaq.

Daha əvvəl nazirlərin Vaşinqtonda 4 günlük (1-4 may) görüşü olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az