Ağ Evin qarşısında insident - Maşından nasist bayrağı çıxdı

23:57 - 23 May 2023

Ağ Evin qarşısında insident - Maşından nasist bayrağı çıxdı

ABŞ-ın paytaxtı Vaşinqtonda gərgin vəziyyət yaranıb.

 

Manset.az xəbər verir ki, adı açıqlanmayan şəxs icarəyə götürdüyü avtomobili Ağ Evin qarşısındakı baryerlərə çırpıb.

ABŞ prezidentini qorumaq vəzifəsini yerinə yetirən Gizli Xidmət baryerlərin yerləşdiyi parkı bağlayıb və şübhəli sürücünü saxlayıb.

Vaşinqton polisi robotla avtomobildə axtarış aparıb. Maşında heç bir partlayıcı və ya silah tapılmayıb. Lakin nəqliyyat vasitəsində nasist bayrağı aşkar edilib.

Şübhəlinin kimliyi və hadisənin səbəbləri hələlik açıqlanmayıb. Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az