Nazir işində fərqlənən polkovniki vəzifəsindən azad etdi - FOTO

11:14 - 24 May 2023

Nazir işində fərqlənən polkovniki vəzifəsindən azad etdi - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin alay komandiri polkovnik Məmməd Xəlilli tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələki təyinat yoxdur.

 

Qeyd edək ki, polkovnik Məmməd Xəlili Tükiyədəki yanğınların söndürülməsi zamanı xüsusi xidmətləri ilə seçilən FHN əməkdaşlarından olub

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az