Putin İlham Əliyevi TƏBRİK ETDİ

16:58 - 24 May 2023

Putin İlham Əliyevi TƏBRİK ETDİ

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Manset.az xəbər verir ki, məktubun mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkəniz sosial və iqtisadi sahələrdə böyük uğurlar əldə edib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır.

Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlib, müxtəlif istiqamətlərdə konstruktiv ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

Əminəm ki, biz birgə səylərlə dost xalqlarımızın rifahı naminə tərəfdaşlıq əlaqələrinin bütöv kompleksinin gələcək inkişafını təmin edəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına xoşbəxtlik və firavanlıq arzu edirəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az