Laçında “Disneyland” tikiləcək? - RƏSMİ (FOTO)

18:09 - 24 May 2023

Laçında “Disneyland” tikiləcək? - RƏSMİ (FOTO)

Laçının Zerti kəndində “Disneyland” tikiləcəyi, hətta artıq bunun üçün françayzın alındığı haqqında məlumat yayılıb.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə iddialar qeyd olunub. Paylaşımlara əsasən, nəhəng tikinti layihələri ilə Laçın Avropa ilə rəqabət aparacaq.

İddialar arasında həmçinin, Laçında məşhur “fast food” restoranlarının və brend hotellərin də françayzının olacağı da yer alıb. 

Məsələ ilə bağlı Oxu.Az-a danışan Bakı Abadlıq Xidmətinin memarı Elnur Abdullayev iddiaların əsassız olduğunu qeyd edib. Laçında tikinti işlərinə nəzarəti həyata keçirən memarın sözlərinə görə, şəhərin yenidən qurulması layihəsində bu məqamlar yoxdur:

“Bizim hələlik əsas məqsədimiz ən qısa zamanda Laçında yaşayış şəraitinin bərpa olunması, sakinlər üçün əlverişli şəraitin yaradılmasıdır. Yaxın müddətdə Laçında “Disneyland” və ya iri “fast food” restoranlarının tikintisi nəzərdə tutulmayıb. Gələcəkdə necə olacağını isə indidən demək tezdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az