Çexiyalı həmkarı İlham Əliyevə məktub göndərdi

18:25 - 24 May 2023

Çexiyalı həmkarı İlham Əliyevə məktub göndərdi

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Manset.az xəbər verir ki,  mətndə deyilir:

"Zati-aliləri!

İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və inanıram ki, birgə səylərimiz nəticəsində biz bu əlaqələri hərtərəfli inkişaf etdirə biləcəyik.

Zati-aliləri, Sizə uğurlar, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az