20 yaşlı gəncin böyrəyindən 101 ədəd daş çıxarıldı

22:26 - 24 May 2023

20 yaşlı gəncin böyrəyindən 101 ədəd daş çıxarıldı

Türkiyənin Kocaeli şəhərində 20 yaşlı gənc şiddəli böyrək ağrısı ilə xəstəxanaya müraciət edib.

 

Manset.az xəbər verir ki, bu barədə "TRTHaber" nəşri yazıb.

İlkin müayinədən sonta onun böyrəyində daş olduğu məlum olub. Hhəkimlər onun üzərində 3.5 saatlıq əməliyyat keçirib və böyrəyindən 101 daş çıxarılıb.

Həkimlər bir böyrəkdə 101 ədəd daşın əmələ gəlməsinin nadir hal olduğunu bildirib. Nəşr qeyd edib ki, mütəxəssislər böyrək xəstəliklərinə qarşı bol su içməyi məsləhət görür.

"Gündə iki litr sidik çıxarmaq üçün maye qəbul etdikdə, daş əmələ gəlmə ehtimalı 50-60% azaldır", - məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az