İlham Əliyev Nikolsonla GÖRÜŞDÜ

13:40 - 29 May 2023

İlham Əliyev Nikolsonla GÖRÜŞDÜ

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.

 

Manset.az xəbər verir ki, Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi ilə bağlı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın məktubunu dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev məktuba görə minnətdarlığını bildirib.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu, energetika, neft-qaz sektorunda əməkdaşlığa toxunuldu, uzun illər Azərbaycan ilə BP arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, bu xüsusda Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd edilib.

Görüşdə Baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak edəcəyi məmnunluqla vurğulanıb.

Söhbət zamanı ticarət, kiçik və orta biznes, sosial layihələrin həyata keçirilməsi, humanitar əlaqələr, qadın hüquqların qorunması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az