Türkiyədə göbələk yığmaq üçün meşəyə gedən 75 yaşlı qadın itkin düşüb.
Manset.az-ın yerli mətbuata istinadən məlumatına görə, hadisə Dənizli şəhərinin Bəkilli rayonunda baş verib. Ayşe Koç bazar günü əri ilə birlikdə meşədən keçərkən göbələk yığmaq üçün meşəyə girib. Sonra həyat yoldaşının gəlmədiyini görən kişi polisə zəng edib. Axtarış qrupları 75 yaşlı qadını tapa bilmir. Havaya dronlar qaldırılsa da, bunun da nəticəsi olmayıb.