Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına dövlət səfəri iyunun 13-də başa çatıb.
Manset.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Rəcəb Tayyib Ərdoğanı dövlətimizin başçısı İlham Əliyev yola saldı.