72 nəfər Laçına köç etdi

18:45 - 14 İyun 2023

72 nəfər Laçına köç etdi

Bu gün daha 22 ailə Laçına köç edib.

 

Manset.az xəbər verir ki, 72 Laçın sakini doğma torpağına çatıb.

Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib.

Bundan əvvəl Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az