Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qanunsuz “hərbi birləşmə”yə yeni “rəhbər” təyin edilib.
Manset.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu vəzifəyə erməni general-mayor Kamo Vardanyan gətirilib.
Qeyd edək ki, bundan əvvəl bu vəzifədə olan Mikael Arzumanyan istefa verib.
1966-cı ildə anadan olan Vardanyan 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Birləşdirmiş Silahlar Akademiyasını, 2019-cu ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.