Kərim Vəliyev Türkiyəyə getdi

17:47 - 12 Sentyabr 2021

Kərim Vəliyev Türkiyəyə getdi

Azərbaycanın Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyədə rəsmi səfərdədir.

Müdafiə Nazirliyindən Manset.az-a verilən məlumata görə,  səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyəyə həyata keçirilir. Səfər sentyabrın 14-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az