"Nazir mənə zəng etmişdi, onun sadəliyinə baxın, Şəfiqəyə baxın!" - Ənvər Həsənov

12:36 - 27 İyul 2023

\"Nazir mənə zəng etmişdi, onun sadəliyinə baxın, Şəfiqəyə baxın!\" - Ənvər Həsənov

Dünən Azərbaycan Kinematoqlar İttifaqı ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşməsi haqda bəyanat verildi. İttifaqların birləşdikdən sonra birlik adı ilə fəaliyyət göstərəcəyi qeyd edilib.

 

İki ittifaqın birləşməsi və qurumların fəaliyyəti ilə bağlı Xalq artisti Ənvər Həsənov Manset.az-ın suallarını cavablandırıb. O açıqlamasında üzvü olduğu təşkilat barədə danışacağını bildirib və Şəfiqə Məmmədova-onun rəhbərlik etdiyi ittifaqla bağlı kəskin ittihamlar irəli sürüb.

"Mən hər zaman təmiz söz demişəm. Şəfiqə Kimdir ki, o kino təşkilatına rəhbərlik etsin? Cəmi 5 dənə rola çəkilib. İttifaqlar birləşsin, Şəfiqəni də yola salsınlar. O getsin teatrla məşqul olsun, o teatr adamıdır. Allah Adil Kərimlinin canını sağ eləsin, o gəldikdən sonra kino təşkilatları birləşdi. Mən inanıram ki, Adil müəllimin köməkliyi ilə yeni təşkilatın başına layiqli adam gələcək. Mən və bütün kino adamları Cəmil Quliyevin gəlməyini istəyirik. İnanırıq ki, Adil müəllim bununla bağlı nə lazımdır edəcək. Adil müəllim mənə zəng elədi, 15 dəqiqə danışdıq. Gördüm ki, mədəniyyəti istəyən adamadır. Çox şad oldum.

"Nazirin sadəliyinə baxın, Şəfiqəyə baxın.Yalançı adamdır Şəfiqə. Mən xəcalət çəkirəm ki, Şəfiqə kimi bir adamla eyni yerdə işləmişəm. O ki qaldı Rasim Balayevə, o kişi adamdır, böyük sənətkardır. Sadəcə rəhbərlik üçün bir az cavan adam lazımdı. İnanıram ki, kim gələcəksə aktyorlara, rejissorlara, ümumən kino adamlarının qayğısını çəkəcək. Ayrılan pulları göyə sovurmayacaq, yemiyəcək, talamıyacaq. Yaxşı işlər görülməlidi."

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az