Mədət Quliyev Yaşar Gülərlə görüşdü

20:40 - 27 İyul 2023

Mədət Quliyev Yaşar Gülərlə görüşdü

Müdafiə sənayesi naziri Mədət Quliyev "IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

 

Bu barədə Manset.az-a qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.

Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 25-28 iyul tarixlərində keçirilən "IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az