İlham Əliyev Peru Prezidentini TƏBRİK ETDİ

12:19 - 28 İyul 2023

İlham Əliyev Peru Prezidentini TƏBRİK ETDİ

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubuünvanlayıb.

 

Manset.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Peru arasında dövlətlərarası münasibətlər xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığımız daha da genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az