Gün keçmir ki, yeni sahibsiz və təhlükəli cins ağızsız itlər xəbəri gündəmə gəlir. Bu dəfə də eyni vəziyyət İstanbulun Kadıköy səmtindəki Moda çimərliyində baş verib.
Manset.az Haber Global-a istinadən məlumat verir ki, Kadıköy Moda çimərliyində sahibi tərəfindən ağızsız gəzən pitbull yoldan keçən yaşlı cütlük və balaca itlərinə hücum edib.
İtini qucağında daşıyan ev sahibi pitbullun hücumu nəticəsində yerə yıxılıb. Bu zaman Pitbuul yaşlı qadının qoluna və itinə hücüm edib.
Qadının yerdə olan qolunu buraxmayan iti ətrafdakılar ayırmağa çalışıblar.
Həmin an ətrafdakı vətəndaşlar müdaxilə etməyə çalışıb.Hadisə zamanı aldıqları taxtalarla iti vuraraq bunun qarşısını almağa çalışıblar. Bu əsnada itin hücum cəhdinin qarşısı alınarkən ətrafdakı bəzi insanların “atmayın” qışqırması eşidilib.
Hücuma məruz qalan it və sahibi daha sonra hadisəyə müdaxilə edən bir neçə vətəndaş tərəfindən xilas edilib. Xəsarət alan balaca it müalicə olunmaq üçün baytar həkimə aparılarkən, yaralı vətəndaş müalicə üçün xəstəxanaya getmək üçün hadisə yerindən qaçıb.
Jalə
Manşet.az