Lənkəranda daha bir nəfər dənizdə boğuldu

19:31 - 09 Avqust 2023

Lənkəranda daha bir nəfər dənizdə boğuldu

Lənkəranda dənizdə bir nəfər boğularaq ölüb.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Sütəmurdov kəndində, nəzarətsiz çimərlikdə Cəlilabad rayon sakini, 2007- ci il təvəllüdlü Nuran Əlafət oğlu Əmirov batmaq təhlükəsi ilə üzləşib. Yeniyetmə sudan çıxarılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, N.Əmirovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az