“Qarabağ”a qarşı azlıqda qalmağımız matçın gedişatını dəyişdi”

18:15 - 18 Avqust 2023

“Qarabağ”a qarşı azlıqda qalmağımız matçın gedişatını dəyişdi”

"Görüşün əvvəlində hesabı açdıq, sonra futbolçumuz ikinci sarı vərəqəni alaraq meydandan qovuldu. Beləliklə, matçın gedişatı bir az dəyişdi".

 

Manset.az xəbər verir ki, bunu HJK-nın baş məşqçisi Toni Korkeakunnas Finlandiyada "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı barədə danışarkən deyib.

55 yaşlı mütəxəssis yetirmələrinə görə məyus olduğunu bildirib: "Keyfiyyətli rəqibə qarşı 10 nəfərlə uzun müddət mübarizə aparmaq kifayət qədər çətindir. Komanda çətin vəziyyətdə belə reaksiya verdiyi üçün qürur duyuram və futbolçularımla fəxr edirəm. Məncə, düzgün istiqamətdəyik. UEFA Konfrans Liqasında əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, "Qarabağ" Bakıdakı matçda da rəqibinə eyni hesabla qalib gəlmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az