Özbəkistan prezidenti Şavkat Mirziyoyev 22-23 avqust tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyası məlumat yayıb.
Səfər zamanı yüksək səviyyədə danışıqların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının daha da dərinləşməsi və prioritet istiqamətlər üzrə praktik əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilib.
Danışıqların yekunları üzrə ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi nəzərdə tutulur.Şavkat Mirziyoyev