Şavkat Mirziyoyev Azərbaycana gəlir

10:24 - 21 Avqust 2023

Şavkat Mirziyoyev Azərbaycana gəlir

Özbəkistan prezidenti Şavkat Mirziyoyev 22-23 avqust tarixlərində Azərbaycana rəsmi səfər edəcək.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyası məlumat yayıb.

Səfər zamanı yüksək səviyyədə danışıqların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının daha da dərinləşməsi və prioritet istiqamətlər üzrə praktik əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilib.

Danışıqların yekunları üzrə ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi nəzərdə tutulur.Şavkat Mirziyoyev 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az