Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında geniş tərkibdə görüşü bitib.
Manset.az xəbər verir ki, hazırda İlham Əliyev və Şavkat Mirziyoyevin iştirakı ilə ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilir.
***17:18
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü başlayıb.
Manset.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.