Rusiyanın yük maşını Ağdama qayıtdı

19:54 - 12 Sentyabr 2023

Rusiyanın yük maşını Ağdama qayıtdı

Səhər saatlarında Ağdamdan Xankəndiyə gedən Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) yük maşını geri qayıdıb.

 

Manset.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev məlumat verib.

O bildirib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Xankəndidə müvafiq anbara boşaldılıb: “Artıq onlar Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıblar. Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları sabah ölkələrinə yola düşəcəklər”.

Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az