Spiker Sofiyada “Naməlum əsgər” abidəsində - FOTO

23:20 - 12 Sentyabr 2023

Spiker Sofiyada “Naməlum əsgər” abidəsində - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin spikeri sentyabrın 12-də Sofiyanın Aleksandr Nevski meydanında “Naməlum əsgər” abidəsini ziyarət edib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, burada Milli Məclisin sədrini Bolqarıstan Milli Assambleyanın sədri Rossen Jelyazkov qarşılayıb. Azərbaycan nümayəndə heyətinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Milli Məclisin sədri Sahibə Qafarova “Naməlum əsgər” abidəsinin önünə əklil qoyub. Sonra iki ölkənin dövlət himnləri səsləndirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az