“Ermənilər özləri də bu yalandan istifadə etdikləri üçün utanc duyurlar” - Hikmət Hacıyev

14:18 - 13 Sentyabr 2023

“Ermənilər özləri də bu yalandan istifadə etdikləri üçün utanc duyurlar” - Hikmət Hacıyev

“Konqresmen Bob Menendes ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə yalan məlumat və saxta fotolarla yalanlar danışır”.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımda B.Menendesə cavab olaraq yazıb.

“Fotodakı şəxs xərçəngdən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim edildikdən sonra bu çılpaq yalandan istifadə etdikləri üçün utanc duyurlar”, - deyə H.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, bu cür lobbiçilik, açıq-aşkar yalan, azərbaycanlılara və digərlərinə qarşı irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal nüfuzuna xələl gətirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az