“Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərilib” - BQXK rəsmisi

08:12 - 18 Sentyabr 2023

“Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərilib” - BQXK rəsmisi

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərib”.

Manset.az xəbər verir ki, bunu BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam və Laçın yolundan keçməklə insanlara lazım olan humanitar yükləri çatdırır: “Bu, un və tibbi ləvazimatlardır. Biz çox şadıq ki, qərar verənlər konsensusa gəliblər. Ümid edirik ki, bu humanitar konsensus insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasında dəstək olacaq.

İlk dəfə idi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi eyni vaxtda həm Laçın, həm də Ağdam yolundan istifadə etməklə yükləri çatdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az