Qarabağda dinc həyatın bərqərar olmasının vaxtı çatıb - Lavrov

21:20 - 23 Sentyabr 2023

Qarabağda dinc həyatın bərqərar olmasının vaxtı çatıb - Lavrov

Azərbaycanla Ermənistan liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olmasının və etimadın möhkəmləndirilməsinin vaxtı çatıb.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirəsində deyib.

"Rusiya sülhməramlı kontingenti buna hər bir işdə öz töhfəsini verəcək. Ən mümkün yol da budur”, - nazir bildirib.

S.Lavrov qeyd edib ki, Brüssel hazırda Vaşinqtonla birgə Azərbaycan və Ermənistana Cənubi Qafqazda sabitliyin pozulmasına xidmət edən vasitəçilik təklif edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv