İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrindəki bəzi əraziləri artilleriya atəşi ilə vurub.
Manset.az Livanın rəsmi agentliyi NNA-ya istinadən xəbər verir ki, İsrailin Livanla sərhəddə yerləşən Dahayra və Alma Şaab qəsəbələri arasındakı bəzi nöqtələri artilleriya atəşi ilə hədəfə aldığı bildirilib.
Qeyd olunub ki, hücumdan sonra Livan-İsrail sərhədində qarşıdurma yaranıb və İsrailə məxsus Apaçi helikopterləri sərhəd xəttində intensiv şəkildə görünməyə başlayıb. Davam edən gərginlikdə can itkisi olub-olmadığı barədə məlumat verilməyib.
Jalə
Manşet.az