Naxçıvanda təcili tibbi yardım xidməti yaradıldı

18:52 - 21 Noyabr 2023

Naxçıvanda təcili tibbi yardım xidməti yaradıldı

“Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzinin bazasında Naxçıvan Respublikası Səhiyyə Nazirliyi tabeliyində təcili tibbi yardım xidməti yaradılıb”.

 

Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Naxçıvanın səhiyyə müəssisələrinə mediatur zamanı jurnalistlərə açıqlamasında Naxçıvan  səhiyyə naziri vəzifəsini icra edən Samiq Sadıxov deyib.

O bildirib ki, bununla da 12 cür geolokasiyanın sayı 40-a qədər artırılması nəzərdə tutulub:

“Bunun proqram təminatı ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir. Növbəti ilin əvvəlində bu proqram təminatı istifadəyə veriləcək. Bu xidmət mərkəzləşmiş qaydada idarə ediləcək. Eləcə də təcili tibbi yardım maşınlarının qarajının yenilənməsi ilə bağlı ciddi işlər görülüb. Bu günki təcili tibbi yardım avtomobilləri müəyyən mənada bizim ehtiyaclarımızı qarşılayır. Amma növbəti illərdə bu avtomobillərin yenilənməsi, ehtiyac olan yeni avtomobillərin alınması ilə bağlı işlər həyata keçirilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az