ABŞ problemin həllinə beynəlxalq münasibətlər sistemindən yanaşmalıdır – Aydın Hüseynov

19:06 - 22 Noyabr 2023

ABŞ problemin həllinə beynəlxalq münasibətlər sistemindən yanaşmalıdır – Aydın Hüseynov

“Bu gün dünyada Azərbaycanın Ermənistana təklif etdiyi sülh gündəliyi müzakirə olunmaqdadır. Rəsmi Bakı tərəflər arasında birbaşa müzakirələrin keçirilməsində və qərarın da iki ölkə tərəfindən verilməsində israr edir. Rusiyadan ayrılmaq istəyən və Qərbin qoltuğuna sığınmağı düşünən İrəvan ikibaşlı oyun oynadığını düşünür. Bundan maraqlı tərəflərin xəbəri var, ona görə də addımlarını da buna görə atırlar. Məsələ burasındadır ki, bütün hallarda bu qarşıdurma regiona yaxşı heç nə vəd etmir. Qərb 35 il bundan əvvəl olduğu kimi, Cənubi Qafqazın ən zəif bəndi olan Ermənistan üzərindən siyasətini qurur. Məhz ermənilərin əli ilə qeyri-sülh şəraitini uzatmağa çalışır”.

 

Manset.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.   

Deputat qeyd edib ki, Azərbaycan Ermənistanla birbaşa təmasların və müzakirələrin təşəbbüskarı kimi çıxış edir: “Postmüharibə dövründə Azərbaycan bütün görüşlərdə danııqların effektiv olması, nəticə əldə olunması üçün bu varianta üstünlük verir. Amma İrəvan “ağalar”ının diqtəsi ilə danışıqlardan yayınır. Dalana dirənəndə isə Azərbaycanın 5 ay bundan əvvəl irəli sürdüyü təkliflərə qayıdır, guya öz təklifi kimi təqdim edir. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin fikirləri də məsələyə erməni çərçivəsindən baxmaqdır. Vaşinqton Ermənistanla Azərbaycan arasında birbaşa müzakirələrin başlanılmasının tərəfdarı olduğunu deyir. Amerikalıların razılaşmanın əldə edilməsi üçün iki ölkənin üzbəüz danışıqlar aparmasının vacib olduğunu bildirməsi ABŞ-ın qərarsızlığını ortaya qoyur. Yəni, Vaşinqtonun obyektivliyi, həqiqəti dilə gətirmək cəsarəti yoxdur. Üzbəüz danışıqlara razı olması isə vaxt qazanmaq niyyətidir. Başqa məqsədi olmasaydı Azərbaycanın sülh təkliflərinə bu qədər gec reaksiya verməz, Ermənistanı da alternativ variantın olmadığına inandıra bilərdi”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az