Qarabağdan Ermənistana məzuniyyətə gedən hərbçilər geri qayıda bilmir

16:30 - 03 Oktyabr 2021

Qarabağdan Ermənistana məzuniyyətə gedən hərbçilər geri qayıda bilmir

Dünən Ermənistan İstintaq Komitəsi məzuniyyətə getdikdən sonra Qarabağa qayıtmaq istəməyən iki hərbçi haqqında cinayət işi açıb.

 

Manset.az erməni mediasına istinadən xəbər verir ki, iki erməni getmək istəməsə də, məzuniyyəti bitəndən sonra Qarabağa qayıtmaq istəyən hərbçilər də Laçın dəhlizindən buraxılmır.

Hraparak nəşri yazır, müharibədən sonra Ermənistana məzuniyyətə gələn hərbçilər – sıravi əsgərlər, müddətdən artıq qulluqçular, zabitlər – geri qayıda bilmirlər: bu, rəsmi təsdiqlənməsə də, çoxsaylı məlumatlar var;

- Bir neçə gün öncə əsgərlərdən birinin atası oğlunun məzuniyyətdən sonra Qarabağa qayıtmaq istəyərkən, Laçın dəhlizindən geri qaytarıldığını açıqlayıb: əsgər hərbi biletini rus sülhməramlılarına göstərib, ona hərbçi olduğu üçün icazə verilməyib, yalnız mülki şəxslərin keçə biləcəyi deyilib; əsgər Ermənistanda hərbi hissələrin birinə göndərilib;

- Bu, Azərbaycanın tələbi ilə qoşunların tədricən Qarabağdan çəkildiyinə dair daha bir sübutdur: tezliklə Qarabağda erməni əsgər qalmayacaq…


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az