Maliyyə bazarında texnoloji həlləri ilk tətbiq edən brendlərdən olan Birbank milyonlarla müştərisinə daha rahat, əlçatan maliyyə alətləri təqdim edir.
Bank xüsusən də
müştərilərin kartdan karta köçürmələrdə əlavə ödəniş, limit kimi
narahatlıqlarına birdəfəlik son qoyur. Belə ki, Birbanklılar Birbank debet
kartından digər Birbank debet kartına köçürmə edərkən nə limitlə, nə də əlavə
ödənişlə qarşılaşırlar. Bu isə o deməkdir ki, debet kart sahibləri istədikləri vaxt, istədikləri məbləği, heç
bir maneə olmadan digər Birbank debet kartına köçürə bilirlər. Gecə və ya
gündüz, iş günü və ya həftəsonu – proses həmişə sürətli, limitsiz və komissiyasızdır.
Birbank yalnız bankçılıq xidməti deyil, gündəlik həyatın
maliyyə rahatlığıdır. Limitsiz və komissiyasız köçürmələr isə bu rahatlığı bir
addım da irəli aparır.
Birbank debet kartını Birbank mobil tətbiqindən cəmi bir
neçə saniyəyə əldə etmək mümkündür.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim
edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək
ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və
PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın
müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.