Belçikalı siyasətçi Çinə casusluq edirmiş

14:43 - 15 Dekabr 2023

Belçikalı siyasətçi Çinə casusluq edirmiş

Çin kəşfiyyatı Aİ tərəfindən Belçikalı millətçi senator Frank Kreilman vasitəsilə qəbul edilən qərarlara təsir etmək niyyətində olub.

 

Manset.az "Unikal"a istinadən xəbər verir ki, Pekin bu siyasətçinin köməyi ilə uyğurlara qarşı repressiya və Tayvanın statusu məsələlərində səsverməyə təsir göstərməyə çalışıb. 

Məlumata görə, Kleimanın Çin kəşfiyyatından tapşırıqlar alması siyasətçinin Qərb kəşfiyyat xidmətindəki mənbədən aldığı yazışmaları öyrəndikdən sonra məlum olub.

Yazışmalar 2019-cu ildən 2022-ci ilə kimi 30 ay davam edib. Kreilmanla Çin Dövlət Təhlükəsizlik Nazirliyinin zabiti Daniel Vu əlaqə saxlayıb və ona bəzi məlumatlar ötürüb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az