İlham Əliyev və Paşinyan Rusiyada görüşəcək?

19:49 - 25 Dekabr 2023

İlham Əliyev və Paşinyan Rusiyada görüşəcək?

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayrı-ayrılıqda ikitərəfli təmaslar nəzərdə tutulmayıb, lakin MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində müzakirələr baş tuta bilər.

 

Manset.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ayrı-ayrı ikitərəfli görüşlər planlaşdırılmır, lakin hər kəs tədbir çərçivəsində ünsiyyət qura biləcək", - o bildirib.

Qeyd edək ki, MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammiti dekabrın 26-da Sankt-Peterburqda keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az