Şahin Mustafayev Qriqoryanla bu tarixdə görüşəcək

22:46 - 08 Yanvar 2024

Şahin Mustafayev Qriqoryanla bu tarixdə görüşəcək

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası yanvarın sonunda baş tutacaq.

 

Manset.az  xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli televiziyaya müsahibəsində bildirib.

O dəqiq tarixi açıqlamayıb.

 Qriqoryan əlavə edib ki, yanvarın 4-də İrəvan Bakıya sülh müqaviləsi ilə bağlı əlavə təkliflər təqdim edib.

İki ölkənin baş nazir müavinlərinin iştirakı ilə sonuncu görüş noyabrın 30-da sərhəddə baş tutub.

Görüş zamanı tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az