16 yaşlı qız dəm qazının qurbanı oldu

09:24 - 13 Fevral 2024

16 yaşlı qız dəm qazının qurbanı oldu

Sumqayıtda yeniyetmə qız dəm qazından boğulub.

 

Manset.az xəbər verir ki, hadisə dünən saat 15 radələrində Tağıyev qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib. Orada yaşayan 2008-ci il təvəllüdlü Fatimə Nurəliyevanın meyiti hamam otağında tapılıb.

İlkin müayinə zamanı onun dəm qazından boğulması məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az