Zaqatalada sinif yoldaşları ilə birgə avtomobillə vurulan məktəblidən xəbər var

14:20 - 13 Fevral 2024

Zaqatalada sinif yoldaşları ilə birgə avtomobillə vurulan məktəblidən xəbər var

Zaqataladan Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya edilən 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə Reanimasiya şöbəsindən palataya köçürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə “Report”a KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

R.Məmməd bildirib ki, onun vəziyyəti stabildir.

Qeyd edək ki, hadisə fevralın 8-i rayonun Göyəm kəndində qeydə alınıb. Belə ki, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan “Mercedes” markalı minik avtomobili ilə Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqəli cinayət işi başlanıb, sürücü saxlanılıb. İstintaq orqanının vəsatəti, rayon prokurorunun təqdimatı məhkəmə tərəfindən təmin olunaraq şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az