Balakəndə avtomobil azyaşlını vuraraq öldürdü

17:52 - 05 Aprel 2024

Balakəndə avtomobil azyaşlını vuraraq öldürdü

Aprelin 5-də saat 13 radələrində Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi QAZ-24 markalı avtomobillə piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az