Azərbaycanda bu əraziyə 27 sm qar yağdı - FAKTİKİ HAVA

08:53 - 08 Aprel 2024

Azərbaycanda bu əraziyə 27 sm qar yağdı - FAKTİKİ HAVA

Saat 8:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb.

Bu barədə Manset.az-a ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 27 sm olub.

Yağıntının miqdarı Naxçıvanda 15 mm, Culfada 12 mm, Şahbuzda 11 mm, Biləsuvar, Ordubad, Cəfərxan, Qax, Yardımlı, Balakən, Zaqatala, Lerik, Oğuz, Şəmkir, Göygöl, Daşkəsən, Sabirabad, Gəncə, Şəki, Gədəbəy, Qrız, Mingəçevir, Beyləqan, İmişli, Qəbələ, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Neftçala, Lənkəran, Astara, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az