Xankəndidə erməni oliqarxların zavodu: Zirzəmidən görün nələr tapıldı - VİDEO

13:45 - 11 Aprel 2024

Xankəndidə erməni oliqarxların zavodu: Zirzəmidən görün nələr tapıldı - VİDEO

Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri yayılıb.


Manset.az xəbər verir ki, bu barədə kadrlar AzTV-nin efirində, Vüsal Mətləbin təqdimatında yayımlanan “Sözümüz imzamızdır!” adlı proqramda nümayiş olunub.

Qeyd edilib ki, konyak zavodunun səhmdarlarından biri də separatçıların hazırda həbsdə olan lideri Arayik Arutyunyan imiş. Ermənilər Azərbaycanın təbii nemətlərindən istifadə edərək müxtəlif məhsullar, o cümlədən konyak istehsal edərək onu dünyaya öz brendləri kimi təqdim ediblər.
Xatırladaq ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-20), Arayik Arutyunyan (2020-23) və “Daşnaksütyun” partiyasının “Qarabağ təmsilçisi”, xunta rejiminin “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az