İşğaldan azad olunan Ağdərə rayonunda odlu silahlar aşkar edilib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin və Daxili Qoşunların hərbi qulluqçuları Ağdərə rayonunun Umudlu kəndi ərazisində xidmətdə olan zaman 3 pulemyot, 1 qumbaraatan və 1 avtomat aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.