Bu gün səhər saatlarında vəfat edən sabiq deputat Hadı Rəcəbli ilə vida mərasimi keçirilir.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərasim Təzəpir məscidində təşkil edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri ilə vidalaşmaq üçün məscidə mərhumun ailə üzvləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri gəliblər.
Xatırladaq ki, H.Rəcəbli aprelin 17-də saat 06:38 radələrində vəfat edib.