Lənkərandakı zəlzələ keyfiyyətsiz tikilən evlərdə müəyyən çatlar yaradıb.
Manset.az report-a istinadən xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təkanların dərinliyi 20 km olduğundan böyük ərazilərdə, eləcə də Qarabağda 3 bala qədər hiss olunub:
"Əhaliyə təşvişə düşməmələri üçün müraciət etmişdik. Alt qatda qalan enerji asta-asta boşalmağa doğru getdi və hazırda həmin ərazidə sakitlikdir. Hazırda dağıdıcı zəlzələ ehtimalı yoxdur".