ADNSU-da Novruz şənliyi keçirildi - FOTOLAR

16:27 - 15 Mart 2024

ADNSU-da Novruz şənliyi keçirildi - FOTOLAR

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. 

 

Manset.az xəbər verir ki, bayram şənliyində fakültələr üzrə tələbələrin hazırladıqları Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatları nümayiş olunub.

Bayram tədbirində təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU kollektivi və tələbələri xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıb. 

Novruz şənliyi ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının bir birindən fərqli rəqs nömrələri, ADNSU-nun Teatr Klubunun bayram təbriki, həmçinin tanınmış müğənni və tələbələrin ifaları, eləcə də Novruz bayramının məşhur personajları - kosa ilə keçəlin təqdimatında maraqlı səhnəciklərlə davam edib.

Sonda universitetin həyətində bayram tonqalı yandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az