Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

17:08 - 29 May 2024

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 30 may saat 00:00-dan 07:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. 

 

Manset.az xəbər verir ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az