“44 gün boyunca Azərbaycanın qələbə qazanması üçün dua edirdim” - Nobelçi alim

18:03 - 01 İyun 2024

“44 gün boyunca Azərbaycanın qələbə qazanması üçün dua edirdim” - Nobelçi alim

"44 günlük müharibədə 44 gün elmi araşdırmalar aparmadım, bütün günü internetdən döyüşləri izləyirdim. İnanırdım ki, Azərbaycan haqq savaşında qələbə qazanacaq”. 

 



Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar Naxçıvan Dövlət Universitetinin tələbələri qarçısında çıxışı zamanı bildirib. 

Daha sonra dünyaşöhrətli türkiyəli alim Aziz Sancar deyib:

“O dövrdə ən böyük arzum vardı ki, Azərbaycan Şuşanı, Laçını və digər şəhərləri işğaldan azad etsin, ilk işim həmin şəhərlərə gedib məsciddə namaz qılacam. Mən 44 gün boyunca Azərbaycanın qələbə qazanması üçün dua edirdim. Şükürlər olsun ki, Allah dualarımı qəbul etdi. Bu gün mən işğaldan azad olunan şəhərləri ziyarət edirəm, orada namaz qılıram”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az