Ötən gecə Tovuzda ağır yol qəzası baş verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “VAZ-2107” markalı avtomobil körpüdən Kür çayına aşıb. Hadisə nəticəsində maşında olan 4 nəfərdən biri - 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub.
Sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov suda boğularaq ölüb. Onların tapılması istiqamətində iş aparılır.
Avtomobildə olan şəxslərin rayonun Abulbəyli kənd sakini olmaları bildirilir.
Faktla bağlı araşdırma aparılır.