Rusiya XİN-dən Azərbaycanla bağlı məlumat

20:36 - 06 İyun 2024

Rusiya XİN-dən Azərbaycanla bağlı məlumat

Rusiyanın “Mir” ödəniş sisteminin kartları Azərbaycanda tədricən dövriyyəyə buraxılmağa başlayıb.

Manset.az Musavat.com-a istinadən  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən “Rusiya - Azərbaycan” sessiyasında deyib.

“Biz çox yüksək qiymətləndiririk ki, “Mir” kartları getdikcə Azərbaycanda dövriyyəyə buraxılır. Bu yanaşmaya görə azərbaycanlı dostlarımıza minnətdarıq. Bu, turizm sahəsində əlaqələrin inkişafına böyük töhfə verir və rusiyalı turistlər üçün çox vacibdir” - o qeyd edib.

XİN rəsmisi sessiyadan sonra jurnalistlərə izah edib ki, VTB bankomatlarında Mir sistem kartından istifadə etməklə Azərbaycan manatını çıxarmaq mümkündür.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bu ilin fevralında Mir ödəniş sisteminə qarşı sanksiya tətbiq edib. Nəticədə Ermənistanda, Qırğızıstanda və Qazaxıstanda bu kartlara xidmət dayandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az